Cəmiyyət

Direktorun evindən kollecə məxsus texnikalar tapıldı

23 Dec 2025, 17:15 1 baxış
Direktorun evindən kollecə məxsus texnikalar tapıldı

Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb.


Axar.az xəbər verir ki, bu barədə APA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.


Bildirilib ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 14-30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilib.


Yoxlama nəticəsində aşkarlanmış nöqsanların ətraflı araşdırılması hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.


Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyeva məxsus evdən kollecin balansına aid təsərrüfat texnikaları və komputer tapıldığı iddia edilir.

Mənbə axar.az

Oxşar Xəbərlər