Cəmiyyət

Tofiq Bəhramovun nəvəsi vəzifəsindən azad edildi

23 Dec 2025, 16:51 1 baxış
Tofiq Bəhramovun nəvəsi vəzifəsindən azad edildi

Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi, gömrük polkovniki Tofiq Bəhmən oğlu Bəhramov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.


Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb.


Qeyd edək ki, Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmış Tofiq Bəhramov 2023-cü ilin dekabr ayında Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi təyin olunmuşdu.


Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.

Mənbə axar.az

Oxşar Xəbərlər