Cəmiyyət

Vəkillər Kollegiyasından qərar: Bir vəkil qurumdan xaric edildi, biri cərimələndi

23 Dec 2025, 15:50 1 baxış
Vəkillər Kollegiyasından qərar: Bir vəkil qurumdan xaric edildi, biri cərimələndi
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Kollegiya məlumat yayıb. Bildirilib ki, yol verdikləri intizam pozuntularına görə 1 vəkil qurumdan xaric edilib, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb, 3 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib. Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər