Kriminal
Cəlilabadda xanəndə ailəsi ilə QƏZAYA DÜŞDÜ: Yaralıların vəziyyəti açıqlandı
Cəlilabad rayonunun Albalan kəndində baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan iki nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Onlardan 1998-ci il təvəllüdlü şəxsə çənəaltı nahiyənin kəsilmiş, cırılmış yarası, 2007-ci il təvəllüdlü şəxsə isə üst göz qapağının, gözətrafının və sol qulağın kəsilmiş, cırılmış yarası, çanağın küt travması diaqnozu təyin edilib. Hazırda hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə xəstəxanadan bildirilib. Məlik Məlikov Cəlilabad rayonunun Albalan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, "Chevrolet Niva" avtomobili ilə VAZ-2107 avtomobili toqquşub. Qəza zamanı VAZ-da olan iki nəfərdən biri ağır xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Məlumata görə, "Chevrolet Niva" avtomobili Cəlilabad rayonunun Saatlı kənd sakini, bölgədə tanınmış xanəndə Füzuli Salmanova məxsusdur. Avtomobildə onun ailə üzvləri və azyaşlı övladının da olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər