Cəmiyyət
Heydər Məscidinin imamı: "Şəriəti insanlara zorla təlqin etmək mümkün deyil"
"Şəriəti zorla təlqin etmək mümkün deyil, bunu biz könüllük əsasında həyata keçiririk". Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Heydər Məscidinin imamı Rüfət Qarayev deyib. O xalqın vəhdət namazını qılmasına müsbət yanaşdığını vurğulayıb: "Heydər Məscidində 10 ildir ki, vəhdət namazı qılınır. Şəriəti insanlara zorla təlqin etmək mümkün deyil. Ona görə də biz bunu könüllülük əsasında, şəriətə, islama zidd olmadan həyata keçiririk. Müxtəlif ölkələrdə müsəlmanlar bölünmüş, parçalanmış formada namaz qılırlar. Namaz sadəcə xüsusi günlərdə yox, adi günlərdə də qılınır. Bunun üçün ölkədə münbit şəraitin olması lazım idi. Xalqımız bu işi həyata keçirməkdə bizə könüllü dəstək verdi". Aygün Mirakif
Mənbə
oxu.az