Cəmiyyət

Azərbaycanda minatəmizləmə fəaliyyətində heyvanlardan istifadə ediləcək

23 Dec 2025, 13:54 13 baxış
Azərbaycanda minatəmizləmə fəaliyyətində heyvanlardan istifadə ediləcək
Azərbaycanda heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə ediləcək. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ "Heyvanlar aləmi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, digər normativ hüquqi aktların tələblərinə əməl etmək şərti ilə minatəmizləmə fəaliyyətində heyvanlardan partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun olaraq istifadə edilməsi həyata keçirilə biləcək. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər