Cəmiyyət

Sabah yağış yağacaq

23 Dec 2025, 13:37 14 baxış
Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.


Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 70-75% təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər