Cəmiyyət
Zəhra Pezeşkian uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı beynəlxalq əməkdaşlıqdan danışdı
"Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı qlobal səviyyədə qarşıya çıxan çətinliklər çoxşaxəlidir". Oxu.Az xəbər verir ki, bunu İran prezidentinin qızı Zəhra Pezeşkian "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə, uşaqların məlumatlarının icazəsiz toplanması, zorakılıq və mənfi məzmun, rəqəmsal təhlükələr uşaqların, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha çox təsirlənməsinə səbəb olur: "Buna görə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ortaq tədbirlərin tətbiqi böyük əhəmiyyət daşıyır". Elmidar Əliyev
Mənbə
oxu.az