Kriminal

Sumqayıt şəhərində 19 yaşlı qız binadan yıxılıb

23 Dec 2025, 11:58 1 baxış
Sumqayıt şəhərində 19 yaşlı qız binadan yıxılıb
Sumqayıt şəhərində 19 yaşlı qız binadan yıxılıb. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonu ərazisində baş verib. 2006-cı il təvəllüdlü Aysel Əlizadə yaşadığı binanın 4-cü mərtəbəsinin balkonunda iş görərkən ehtiyatsızlıqdan yıxılıb. 19 yaşlı qız Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, A.Əlizadəyə sol baldır sümüyünün sınığı diaqnozu qoyulub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər