Cəmiyyət

Aparat rəhbəri: "İçərişəhərin 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsini hədəfləmişik"

23 Dec 2025, 12:00 1 baxış
Aparat rəhbəri: "İçərişəhərin 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsini hədəfləmişik"
"İçərişəhərin 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsini hədəfləmişik. Bu, idarənin strateji inkişaf konsepsiyasında əsas hədəf kimi qeyd olunub". Oxu.Az-ın məlumatına görə, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak bu gün keçirilən mətbuat konfransında deyib. Aparat rəhbəri bildirib ki, turizm sektorunda gəlir potensialının gücləndirilməsi, vahid tarif sistemi, dövlət-özəl tərəfdaşlığı, nağdsız dövriyyənin artırılması da qurumun iqtisadi inkişafı üçün müəyyən edilən hədəfləri sırasındadır: "Həmçinin "İçərişəhər"in büdcədənkənar gəlirlərini artıran və 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi planlaşdırılır. Görülən tədbirlər nəticəsində turist axınının artımı, mədəni layihələrə investisiyaların artırılması gözlənilir. Hazırda "İçərişəhər"də "Ağıllı Qoruq" modelinə keçid mümkündür" . Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər