Dünya
Makron yeni aviadaşıyıcı ilə bağlı yekun qərarını açıqladı
Fransa prezidenti Emmanuel Makron Fransa Hərbi Dəniz Qüvvələrində yeni aviadaşıyıcı gəminin inşasına başlanılacağını bəyan edib. Oxu.Az xəbər verir ki, o bunu Fransanın Birləşmiş Ərəb Əmirliklərindəki hərbi bazasında çıxışı zamanı bildirib. Məlumata görə, yeni layihə Fransanın yeganə aviadaşıyıcısı olan "Şarl de Qoll"u əvəzləyəcək. "Fransa ordusu güclü olmalıdır, xüsusən də dənizdə. Hərtərəfli təhlildən sonra Fransanı yeni aviadaşıyıcı ilə təchiz etmək qərarına gəldim. Biz genişmiqyaslı proqramın başlanmasına qərar verdik", - deyə dövlət başçısı bildirib. Makron tikinti işlərinə 800 şirkətin cəlb olunacağını da söyləyib.
Mənbə
oxu.az