Cəmiyyət

Naxçıvanda Amnistiya aktının icrasına başlanılıb

22 Dec 2025, 11:49 1 baxış
Naxçıvanda Amnistiya aktının icrasına başlanılıb
Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının Naxçıvanda icrasına başlanılıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin qarışıq rejimli cəzaçəkmə müəssisində həyata keçirilir. Qeyd edək ki, Naxçıvanda amnistiya aktı 128 məhkuma şamil edilib. Ümumi olaraq, 57 nəfər azadlığa buraxılacaq. Bu gün amnistiya aktının icrasında 15 nəfər azadlığa buraxılır. Onlardan 6 nəfəri əcnəbidir (2-si Türkiyə, 2-i İran, 2-si isə Türkmənistan vətəndaşı). Azadlığa buraxılan məhkumlardan biri qadındır.
Mənbə oxu.az

Oxşar Xəbərlər