Cəmiyyət
Şəkidə canavar hücumu nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI
Dekabrın 21-də Şəkinin Bideyiz kəndində canavar hücumu nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəsarət alan üç nəfər ambulator müalicə üçün evə buraxılıb. "Dekabrın 21-i saat 22:50-də Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbi ilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir. Aygün Mirakif
Mənbə
oxu.az