Dünya

Rusiyalı generalın avtomobili Moskvada partladıldı

22 Dec 2025, 10:43 1 baxış
Rusiyalı generalın avtomobili Moskvada partladıldı
Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova sui-qəsd cəhdi olub. Oxu.Az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb. Paytaxtın cənubunda yüksəkrütbəli hərbçinin "KIA Sorento" markalı avtomobilinin partlaması nəticəsində yaralandığı iddia edilir. Məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Xəsarət alan şəxsi maşından xilasedicilər çıxarmalı olublar. O, ağır qəlpə yaraları və sınıqlarla xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Hadisə Yasenevaya küçəsində yerləşən yaşayış binasının həyətində baş verib. Ehtimal ki, maşına əldəqayırma qurğu yerləşdirilibmiş. Hadisə ilə bağlı cinayət işi açılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər