Dünya
KİV: Tramp Rusiyaya qarşı çıxması üçün Britaniyaya nüvə silahı göndərəcək
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı çıxması üçün Böyük Britaniyaya nüvə silahı göndərmək niyyətindədir. Oxu.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb. Bu, son 17 il ərzində ilk dəfə həyata keçiriləcək və Ağ Evin yeni iddialı planlarından xəbər verir. Qeyd olunur ki, Pentaqonun 264 milyon dollarlıq planı Britaniyanın kəndlərində Kral Hərbi Hava Qüvvələri bazasının modernləşdirilməsini nəzərdə tutur. Bunun üçün bir neçə bina sökülməlidir. Eyni zamanda, orada ətraf əraziləri düşmənin radioelektron hücumlarından qoruyan təhlükəsiz kəşfiyyat qurğuları tikiləcək və bazaya 200-dən çox amerikalı hərbçi yerləşdiriləcək. Bununla belə, nəşr nüvə silahının artıq Britaniyaya daxil olması ilə bağlı iddiaları rədd edir. Qeyd olunur ki, bu, yaxın bir neçə ildə baş verməyəcək.
Mənbə
oxu.az