Dünya
Trampın iqamətgahı üzərində aviaməkanı pozan təyyarə ələ keçirildi
Dekabrın 21-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Prezident Donald Trampın Florida ştatının Palm-Biçdəki iqamətgahı üzərində məhdudlaşdırılmış aviaməkanının pozulması ilə bağlı havaya qalxıb. Oxu.Az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb. Komandanlığın "X" sosial şəbəkəsində yaydığı açıqlamada qeyd edilib: "Bu səhər NORAD-ın "F-16" qırıcısı Florida ştatının Palm-Biç üzərində məhdudlaşdırılmış hava məkanına daxil olan təyyarəni ələ keçirib. Vəziyyət təhlükəsiz şəkildə həll edilib".
Mənbə
oxu.az