Dünya
Danimarkanın poçt xidməti 400 ildən sonra məktubların çatdırılmasını dayandırır
Danimarkanın poçt xidməti 400 ildən sonra məktubların çatdırılmasını dayandırmaq qərarına gəlib. Oxu.Az rg.ru-ya istindən xəbər verir ki, qərar rəqəmsallaşmanın artması ilə əlaqədardır. "PostNord" şirkəti dekabrın 30-da son məktubu çatdıracaq, bununla da əsrlər boyu davam edən bir ənənəyə son qoyacaq. Şirkətin Danimarkadakı baş direktorunun müavini Kim Pedersenin sözlərinə görə, müasir danimarkalılar rəqəmsal texnologiyalara üstünlük verirlər: "Məktub yazan insanların sayı çox az qalıb, biz ciddi azalma müşahidə edirik. Bu fəaliyyət sahəsi artıq gəlir gətirmir. Onlayn alış-verişə tələbat artmaqda davam edir, buna görə də şirkət bundan sonra əsas diqqətini bağlamaların çatdırılmasına yönəldəcək". Danimarka poçt xidməti 1624-cü ildən ölkədə məktubların çatdırılmasına cavabdeh olub. Son 25 il ərzində ölkədə göndərilən məktubların sayı 90 faizdən çox azalıb.
Mənbə
oxu.az