Dünya
Rusiya şəhərində bir gün cəmi 18 dəqiqə davam edib
Dekabrın 21-də Rusiyanın Murmansk vilayətindəki Polyarnıye Zori şəhərində günün uzunluğu cəmi 18 dəqiqə olub. Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Polyarnıye Zoridə cəmi 14 000 nəfər əhali yaşayır. Şəhər 1964-cü ildə Kolski nüvə elektrik stansiyasının ətrafında salınıb. Buradakı iqlim subarktik və soyuqdur.
Mənbə
oxu.az