Dünya
ABŞ-də Ukrayna nizamlanması üzrə danışıqların növbəti raundu keçirilib
ABŞ-nin Florida ştatında Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti raundu başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff məlumat verib. "Son üç gün ərzində Ukrayna nümayəndə heyəti ABŞ və Avropa tərəfdaşları ilə bir sıra məhsuldar və konstruktiv danışıqlar aparıb. Keçirilən məsləhətləşmələr zamanı tərəflər münaqişənin həlli üçün növbəti addımların vaxtı və ardıcıllığının müzakirəsinə xüsusi diqqət yetiriblər", - deyə o, "X"də yazıb.
Mənbə
oxu.az