Cəmiyyət

Azərbaycanda qış fəsli başladı

21 Dec 2025, 19:03 15 baxış
Azərbaycanda qış fəsli başladı
Azərbaycanda qış fəsli başlayıb. Oxu.Az xəbər verir ki, qış fəsli Azərbaycana 21 dekabr 19:03-də daxil olub. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayıb. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (14 saat 42 dəqiqə 38 saniyə) qeydə alınır. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər