Kriminal
Naxçıvanda ər və arvad dəm qazından boğuldular
Naxçıvanda ər və arvad dəm qazından boğularaq ölüb. Oxu.Az xəbər verir ki, hadisə Babək rayonun Hacıvar kəndində qeydə alınıb. Belə ki, 1996-ci il təvəllüdlü Altay Cəfərov və 1998-ci il təvəllüdlü həyat yoldaşı Səmənnaz Cəfərova dəm qazından boğularaq həyatlarını itiriblər. Faktla bağlı Babək Rayon Prokrorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər