Dünya
Tailand atəşkəs üçün Kamboca qarşısında şərt irəli sürdü
Tailand Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Malayziyada keçirilən xüsusi iclasının nəticələrinə əsasən, Kamboca ilə sərhəd münaqişəsi zonasında atəşkəs rejiminin təsis olunması ehtimalını istisna etmir. Oxu.Az bildirir ki, bu barədə Tailandın Kamboca ilə sərhəd vəziyyəti məsələsi üzrə birgə mətbuat mərkəzi tərəfindən yayımlanan bəyanatda məlumat verilir. "Atəşkəs yalnız o halda əldə edilə bilər ki, o, vəziyyətin Tailand hərbçiləri tərəfindən qiymətləndirilməsinə əsaslansın. Kamboca toqquşmaları başladan tərəf olduğu üçün ilk növbədə atəşkəsə can atmaqda səmimiliyi aydın şəkildə nümayiş etdirməlidir" , - deyə bəyanatda qeyd olunub. Xatırladaq ki, Kamboca və Tailand arasındakı sərhəddə silahlı toqquşmalar dekabr 7-də başlayıb.
Mənbə
oxu.az