Dünya
Kaliforniyada 130 mindən çox sakin işıqsız qaldı
ABŞ-nin Kaliforniya ştatında 130 mindən çox sakin elektrik enerjisindən məhrum qalıb. Oxu.Az xəbər verir ki, bunu "PowerOutage" monitorinq xidmətinin məlumatları göstərir. Bu gün səhər saatlarına olan məlumata əsasən, San-Fransisko şəhərində 125 min istehlakçı işıqsız qalıb. San-Fransisko yanğından mühafizə idarəsinin məlumatına görə, elektrik kəsintisinə səbəb "PG&E Corporation" kommunal şirkətinin yarımstansiyasının birində baş vermiş yanğın olub. San-Fransisko meri Deniel Luri bildirib ki, elektrik enerjisinin kəsilməsi ictimai nəqliyyatın və işıqforların işinə təsir edib. O, şəhər sakinlərini elektrik enerjisi bərpa olunana qədər evdə qalmağa çağırıb.
Mənbə
oxu.az