Dünya
CAR-da atışma baş verib: 10 ölü
Cənubi Afrika Respublikasında (CAR) baş vermiş atışma nəticəsində 10 nəfər həlak olub. Oxu.Az bu barədə "France-Presse" agentliyinə istinadən xəbər verir. Bildirilir ki, naməlum silahlı şəxs Yohannesburq yaxınlığındakı qəsəbədə daha 10 nəfəri yaralayıb. Zərərçəkənlər tibb müəssisələrinə çatdırılıb. Cinayətin səbəbləri hələlik müəyyən edilməyib. Polis kimliyi hazırda müəyyən edilməyən cinayətkarın axtarışını aparır.
Mənbə
oxu.az