Kriminal

Canavar Şəkidə kəndə hücum etdi: 5 yaralı var

21 Dec 2025, 01:06 1 baxış
Canavar Şəkidə kəndə hücum etdi: 5 yaralı var

Şəkidə canavar kəndə hücum edərək 5 nəfərə xəsarət yetirib.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Bideyiz kəndində baş verib.


Belə ki, canavar kənd sakinləri - 5 yaşlı Z.Qurbanov, 27 yaşlı Fariz Lətifov, 27 yaşlı Nazilə Qurbanova, 49 yaşlı Sevinc Qurbanova və 52 yaşlı Gündüz Lətifovu yaralayıb.


Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər