Kriminal
Şəkidə canavar kəndə hücum etdi, 5 nəfərə xəsarət yetirdi
Şəkidə canavar kəndə hücum edib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün axşam saat 23 radələrində rayonunun Bideyiz kəndi ərazisində baş verib. Hücum nəticəsində ikisi qadın, 1-i uşaq olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alan 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-cü il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər