Kriminal
Nazirlik "Qarabağ Toxum" şirkətində maliyyə nöqsanı AŞKARLADI
Maliyyə Nazirliyi "Qarabağ Toxum" MMC ilə bağlı protokol tərtib edib. Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərini pozub. Belə ki, "Qarabağ Toxum" barəsində 2023-cü il üzrə maliyyə hesabatlarının auditini 2024-cü ildə aparmadığı üçün protokol tərtib edilərək məhkəməyə göndərilib. Şabran Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 2 min manat məbləğində cərimə olunub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər