Cəmiyyət

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

20 Dec 2025, 15:30 1 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu
İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub. Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən beş müxtəlif ictimai-iaşə obyektindən gedir. Bunların sırasına "Zəngəzur Harmony" hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib. İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır. Hərrac gələn il yanvarın 8-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər