Cəmiyyət

Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib

02 Oct 2026, 10:36 1 baxış
Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib
Sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasovun cənazəsi Azərbaycana gətirilib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər