Cəmiyyət

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

20 Dec 2025, 14:43 1 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən 5 müxtəlif ictimai-iaşə obyektindən gedir.


Bunların sırasına “Zəngəzur Harmony” hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.


İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.


Hərrac gələn ilin yanvarın 8-də keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər