Kriminal

Rusiya-Ukrayna müharibəsində bir azərbaycanlı həlak olub, ikisi itkin düşüb

20 Dec 2025, 10:12 1 baxış
Rusiya-Ukrayna müharibəsində bir azərbaycanlı həlak olub, ikisi itkin düşüb
Rusiya-Ukrayna münaqişəsində bir azərbaycanlı həlak olub, ikisi isə itkin düşüb. Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, Cəlilabad rayon sakini Elnur Aydın oğlu Mirismayılzadə Rusiya-Ukrayna münaqişəsində həlak olub, Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov və Lənkəran rayonu Xanbulan kənd sakini Anar Nurməmməd oğlu Cabbarov isə itkin düşüblər. Fotoda Bəhlul Zülfüqar oğlu Abbasov:
Fotoda Anar Nurməmməd oğlu Cabbarov:
Fotoda Elnur Aydın oğlu Mirismayılzadə:
Mənbə oxu.az

Oxşar Xəbərlər