Kriminal
Qazaxda avtomobil divara çırpılıb: Ölən və yaralanan var
Qazax rayonunda avtomobil hasara çırpılıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Dəmirçilər kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Nicat Alıyev ölüb, 1996-cı il təvəllüdlü Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər