Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

19 Dec 2025, 19:32 1 baxış
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 aprel 2026-cı il, saat 06:00-dək uzadılıb. Bundan əvvəl həmin müddət 1 yanvar 2026-cı il, saat 06:00-dək olan dövrü əhatə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər