Cəmiyyət

Rüfət Həmzəyev: "The Oligarch's Design"ın istehsalına bu ilin yanvarında başlanılıb"

19 Dec 2025, 15:48 1 baxış
Rüfət Həmzəyev:  "The Oligarch's Design"ın istehsalına bu ilin yanvarında başlanılıb"
"Bu ilin yanvarından filmin istehsalına başlanılıb. Azərbaycanın Qarabağ bölgəsi və Ermənistan da daxil olmaqla səkkiz ölkədə çəkilişlər aparıldı. Ümumi prosesdə iştirakçı olan 100-ə yaxın heyət iştirak edib". Oxu.Az xəbər verir ki, bunu "AnewZ" beynəlxalq telekanalının direktoru Rüfət Həmzəyev Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın maliyyə imkanları, siyasi təsiri və ictimai rəyin formalaşdırılmasında oynadığı rol barədə hazırlanan "The Oligarch's Design" adlı sənədli filmə həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, bəzi çəkilişlər ağır şəraitdə olub: "Ermənistanda bir neçə istiqamətdə çəkilişlər həyata keçirilib. Söhbət müsahiblərdən gedir. O şəxslər ki, Vardanyanla müxtəlif təşkilatlar daxilində fəaliyyət göstəriblər. Hazırda Xankəndidə yaşayan erməniəsilli şəxs və keçmiş qondarma rejimin "rəsmisi" də açıqlama verib". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər