Kriminal

Zərdabda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb

19 Dec 2025, 13:44 1 baxış
Zərdabda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Mütəllimli saxlanılıb. Oxu.Az-ın məlumatına görə, tibbi müayinə zamanı onun marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər