Kriminal

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb

19 Dec 2025, 11:42 1 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb
Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşmüş iki balıqçıdan biri - 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər