Kriminal
18 yaşlı gənc qonşusunu amansızca qətlə yetirdi, arvadını və oğlunu yaraladı - HÖKM OXUNDU
Buzovnada qonşusunu öldürən, arvadı və oğlunu yaralayan İnşallah Hacıyevin cinayət işi üzrə ilk məhkəmə prosesi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm elan edilib və İnşallah Hacıyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib. Qəsəbədə yaşayan İnşallah Hacıyev yaranmış mübahisə zamanı qonşuları - 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu, 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib. Qurban Məlikov hadisədən bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb və ittiham irəli sürülüb. Onu da qeyd edək ki, İnşallah Hacıyev məlum cinayəti 18 yaşı tamam olmamış törədib. Elgün Həsənli
Mənbə
oxu.az