Kriminal

Sərnişin avtobusu ana və övladını vurdu: ÖLƏN VAR

18 Dec 2025, 16:41 1 baxış
Sərnişin avtobusu ana və övladını vurdu: ÖLƏN VAR
Qubada sərnişin avtobusunun vurduğu uşağın vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-a Quba Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. "Dekabrın 18-i saat 13:00-da Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə biri aqonal vəziyyətdə olmaqla, iki nəfər (qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara sol bazunun epifizeolizi, həyatla uzlaşmayan müştərək travma, aqonal vəziyyət diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2017-ci il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb. 1998-cı il təvəllüdlü şəxsə göstərilən bütün zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:20 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd olunub. Aygün Mirakif Qubada sərnişin avtobusu ana və övladını vurub. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Xəsarət alan 27 yaşlı qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər