Kriminal
Qubada AVTOQƏZA: Ölən var
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə dünən saat 23 radələrində qeydə alınıb. 1994-cü il təvəllüdlü Murad Elşən oğlu Ömərov sakini olduğu Quba rayonu, İkinci Nügədi kəndi ərazisində avtomobillə hərəkətdə ikən yolun kənarı ilə gedən 1976-cı il təvəllüdlü Saleh Hacıəli oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər