Kriminal

Bakıda yeniyetmənin mədəsindən mismar çıxarılıb

17 Dec 2025, 16:44 1 baxış
Bakıda yeniyetmənin mədəsindən mismar çıxarılıb
Bakıda pasiyentin mədəsindən yad cisim çıxarılıb. Oxu.Az-ın məlumatına görə, yeniyetmənin valideynləri övladının səhhətində yaranan narahatlıqla bağlı poliklinikaya müraciət edib. Aparılan müayinələr zamanı uşağın mədəsində yad cismin (mismar) olduğu üzə çıxıb. Həkim-qastroenteroloq tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb. Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər