Kriminal
Tovuzda bir ailə dəm qazından zəhərləndi
Tovuz rayonunda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib. Şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı, 1997-ci il təvəllüdlü Aygül Həsənova, övladları 2018-ci il təvəllüdlü İ.H. və A.H. yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə
oxu.az
Oxşar Xəbərlər