Dünya

"Mançester Siti" illik maliyyə hesabatını açıqladı

17 Dec 2025, 04:08 1 baxış
"Mançester Siti" illik maliyyə hesabatını açıqladı
İngiltərənin "Mançester Siti" futbol klubu 2024-25 maliyyə ili üçün illik hesabatını dərc edib. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hesabatda ötən mövsümün gəlirinin 694.1 milyon funt sterlinq olmaqla, klub tarixində üçüncü ən aşağı göstərici olduğu bildirilir. Hesabata görə, klub 9.9 milyon funt sterlinq zərər edib. Keçən mövsüm oyunçu satışından əldə edilən xalis mənfəət 95.2 milyon funt sterlinq olub ki, bu da əvvəlki mövsümdən 44 milyon funt sterlinq azdır. Hazırda "Mançester Siti"nin xalis sərvəti 850 milyon funt sterlinqdən çoxdur. Xatırladaq ki, "Mançester Siti" 2024-25 mövsümündə heç bir kubok qazana bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər