Dünya

Sonuncu ABŞ sentləri milyonlarla dollara satıldı

17 Dec 2025, 03:36 1 baxış
Sonuncu ABŞ sentləri milyonlarla dollara satıldı
Zərb edilmiş sonuncu ABŞ sentləri hərracda təxminən 17 milyon dollara satılıb. Oxu.Az bu barədə "ABC News Stack's Bowers Galleries" hərrac evinə istinadən məlumat verir. Məlumata görə, hərrac evi üç sikkədən ibarət 232 dəst satıb - 24 karatlıq qızıl Filadelfiya sentləri, eləcə də Filadelfiya və Denver zərbxanalarının son penniləri. Qeyd edək ki, ABŞ-də artıq 1 sentlik sikkələrin zərbi dayandırılıb. Sonuncu belə sent 2025-ci ilin noyabr ayında zərb edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər