Dünya

"Brent" markalı neftin qiyməti maydan bəri ilk dəfə 59 dollardan aşağı düşüb

16 Dec 2025, 23:00 1 baxış
"Brent" markalı neftin qiyməti maydan bəri ilk dəfə 59 dollardan aşağı düşüb
Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 2025-ci ilin may ayından bəri ilk dəfə 59 dollardan aşağı düşüb. Oxu.Az bu barədə ICE birjasının məlumatına istinadla xəbər verir. Məlumata görə, Bakı vaxtı ilə saat 19:21-də "Brent" markalı neftin qiyməti 1 barelə görə 2.72% ucuzlaşaraq 58.91 dollar olub. Qeyd edək ki, "Brent" Norveç və Böyük Britaniya sahilləri arasında hasil edilən neft markasıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər