Kriminal
Bakıda tələbə faciəli şəkildə öldü
Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Ağa Anar oğlu Əhmədov faciəli şəkildə ölüb. Oxu.Az-ın məlumatına görə, Şirvan şəhər sakini olan tələbə yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. Qeyd edək ki, Ağa Əhmədov Turizm və qonaqpərvərlik fakültəsində Tərcümə ixtisası üzrə təhsil alırmış. O, dördüncü kurs tələbəsi imiş.
Mənbə
oxu.az
Oxşar Xəbərlər