Kriminal

Rusiyada orta məktəbdə insident: Şagird bıçaqlanaraq öldürülüb, xəsarət alanlar var

16 Dec 2025, 12:02 1 baxış
Rusiyada orta məktəbdə insident: Şagird bıçaqlanaraq öldürülüb, xəsarət alanlar var
Moskva vilayətinin "Qorki-2" qəsəbəsində məktəbə edilən hücum nəticəsində bir şagird ölüb, azı iki nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, orta məktəbin şagirdi bu gün dərsə bıçaqla gəlib. İlkin araşdırmalar zamanı bəlli olub ki, o, mühafizəçini və bir neçə uşağı yaralayıb.
Hadisə yerində təcili yardım xidmətləri işləyir. Hazırda tələbələr binadan təxliyə edilib. Məlumata görə, məktəbdə insident törədən şəxs ən azı bir şagirdi girov götürüb. "SHOT"un məlumatına görə, o özünü və həmin şagirdi sinif otaqlarından birinə kilidləyib. Onun üzərində bıçaqla yanaşı, gözyaşardıcı qaz balonunun da olduğu bildirilir. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri məktəbdə qanlı insident törədəni saxlayıblar.
Rusiyada orta məktəbdə insident: Şagird bıçaqlanaraq öldürülüb, xəsarət alanlar var Rusiyada orta məktəbdə insident: Şagird bıçaqlanaraq öldürülüb, xəsarət alanlar var
Mənbə oxu.az

Oxşar Xəbərlər