Dünya
Ekspert qışda istifadəsi məsləhət olmayan ərzaqlardan danışdı
Rusiyalı həkim, allerqoloq-immunoloq Alina Romanova qışda istifadəsi məsləhət görülməyən ərzaqlardan danışıb. Oxu.Az xəbər verir ki, ekspert bu barədə "İzvestiya" nəşrinə fikirlərini bildirib. "Qidalanma təkcə kalori demək deyil, bu, immun sisteminə güclü təzyiq vasitəsidir, xəstəliyin qarşısını ala və ya onun inkişafına yardım göstərə bilər", - deyə A.Romanova bildirib. Ekspert qeyd edib ki, bağırsağın mikroflorası üçün zərərli olan məhsulların istifadəsi orqanizmin təbii müdafiə mexanizmlərini və onun infeksiyalara qarşı müqavimətini zəiflədir. Belə ki, qış mövsümündə hisə verilmiş, duzlu qidalar, tərkibində konservantlar olan yarımfabrikatlar, eyni zamanda, şirniyyat və kimyəvi tərkibli piylərlə qidalanmaq məsləhət deyil.
Mənbə
oxu.az