Dünya
Merts: "Aİ və ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair razılığa gəliblər"
"Avropa İttifaqı və ABŞ Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinin müddəalarına uyğun təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəliblər". Oxu.Az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Berlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi siyasi baxımdan, perspektivdə isə hüquqi baxımdan da müvafiq öhdəlikləri öz üzərinə götürüb. Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, Alyansın hər hansı bir üzvünə qarşı hərbi hücum bütün üzvlərə qarşı edilmiş hücum kimi qiymətləndirilir.
Mənbə
oxu.az