Kriminal
Hacıqabulda ağır qəza: ölən var
Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, DAF markalı yük maşını qarşısında hərəkət edən digər yük avtomobili olan "Kamaz"a çırpılıb.
Nəticədə DAF markalı yük maşınının sürücüsü Aydın Qoca oğlu Qocayev hadisə yerində dünyasını dəyişib.
Qəza baş verən əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Mənbə
axar.az
Oxşar Xəbərlər