Dünya

Kaya Kallas: "Aİ 2025-ci ildə Ukraynaya silah tədarükü üçün rekord məbləğ xərcləyib"

15 Dec 2025, 23:24 1 baxış
Kaya Kallas: "Aİ 2025-ci ildə Ukraynaya silah tədarükü üçün rekord məbləğ xərcləyib"
"Avropa İttifaqı (Aİ) 2025-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanğıcından bəri Ukraynaya silah tədarükü üçün rekord məbləğ - 27 milyard avro xərcləyib". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ XİN başçılarının görüşünün nəticələri üzrə keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Aİ-nin Ukraynada münaqişənin həlli ilə bağlı prioritetləri dəyişməz olaraq qalır - Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya təzyiqin göstərilməsi. Kallas vurğulayıb ki, Ukraynaya ciddi hərbi zəmanətlər lazım olacaq, çünki Kiyevi NATO-ya üzvlükdən imtinaya məcbur edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər